Sentyabrın 21-dən Maltanın Sent Culians şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə "Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play"i mövzusunda seminar keçiriləcək.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın üzvlərindən əlavə, Avropa futbol təşkilatının dəvəti ilə digər Konfederasiyaların (AFC, CONMEBOL, CONCACAF) nümayəndələri də tədbirə qatılacaqlar.
Azərbaycan AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Bəhram Dadaşov və Anar Kazımlı təmsil edəcək.
Seminarda müzakirə olanacaq məsələlər bunlardır:
Ötən lisenziyalaşdırma mövsümünün icmalı
- 2016-cı il üzrə Lisenziyalaşdırma üzrə qəbul olunmuş qərarlar və müvafiq nəticələr
- "3 illik üzvlük qaydası" və xüsusi icazənin tətbiq olunması
- UEFA-nın Lisenziyalaşdırma üzrə statistik hesabatının təqdimatı
Lisenziyalaşdırma sisteminin və meyarların müzakirəsi
- FİFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydalarında baş verəcək dəyişikliklərin müzakirəsi
- Gələcək 2018-2021-cı il dövründə UEFA-nın yarışlarında tətbiq olunacaq dəyişikliklərin Lisenziyalaşdırma və Maliyyə "Fair Play"i sisteminə potensial təsiri
- Qadın futbolunun inkişafında Lisenziyalaşdırma sisteminin vacibliyi
- Gənclər Futbolunun İnkişafı Proqramının qiymətləndirilməsi və Futbol Akademiyalarının inkişafı
- Klubların azarkeşlərlə əlaqələndirici şəxslərinin fəaliyyəti ilə bağlı müzakirələr
- Klubların əlil azarkeşlərlə əlaqələndirici şəxslərinin fəaliyyəti ilə bağlı müzakirələr
- Malta Futbol Assosiasiyası tərəfindən tətbiq olunan lisenziyalaşdırma sisteminin icmalı
Maliyyə "Fair Play"i
- 2015-16-cı illər ərzində Maliyyə "Fair Play"i üzrə klublarda aparılan monitorinqlər və onların nəticələri
- Klublara Maliyyə Nəzarəti Orqanının (Club Financial Control Body (CFCB) fəaliyyəti
UEFA-nın və federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər və müzakirələr
Seminar sentyabrın 23-də başa çatacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































