Boks üzrə Rusiya milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib. Apasport.az saytının məlumatına görə, yığmanı çalışdıran Aleksandr Lebzyak vəzifəsindən kənarlaşdırılıb.
Baş məşqçi səlahiyyətlərinin icrası Oleq Menşikova tapşırılıb. Lebzyak isə postundan kənarlaşdırılmanı qanunsuz hesab edir.
2013-cü ildən yığmanın "sükanı arxasında" olan Lebzyak Rio-2016 başlamazdan bir ay əvvəl istefa ərizəsini yazıb. Lakin sonradan mütəxəssis postunda qalmağa qərar verib.
Ötən ay keçirilən Braziliyadakı Olimpiya Oyunlarında Lebzyakın yetirmələri 5 medal qazanıb. Bunlardan biri qızıl, biri gümüş, üçü bürüncdü.
Qeyd edək ki, 2005-2008 və 2013-2016-cı illərdə yığmanın baş məşqçisi olan Lebzyak boksçu kimi üç Olimpiadada iştirak edib. Barselona-1992 və Atlanta-1996-nın iştirakçısı Sidney-2000-in çempionu adını qazanıb.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















