Gənclər və İdman Nazirliyinin idman şöbəsinə yeni müdir təyin olunub. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, bu, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurovdur.
34 yaşlı mütəxəssis yeni vəzifədə dünyasını dəyişmiş Mirkamil Rəhimovu əvəzləyib.
Qeyd edək ki, Fərid Salman oğlu Mansurov 1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. Olimpiya çempionu (Afina-2004), ikiqat Dünya çempionu (2007, 2009) və gümüş medalçısı (2002), Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin qalibi (2009), gənclər arasında Dünya çempionu (2001), yeniyetmələr arasında dünya çempionatının gümüş medalçısı (1997), 2010-2011-ci illərdə yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi olub. 2011-ci ildən Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti idi. Azərbaycan Respublikası Prezidentinin Sərancamları ilə 2002-ci ildə "Tərəqqi" medalı, 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































