"Olimpiadada üçüncü yeri tutdum. Əlimdən gələni etdim, istərdim qızıl medal qazanım". Bunu "Report"a açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 74 kq çəkidə bürünc medal qazanmış sərbəst güləşçi Cəbrayıl Həsənov deyib.
O, yarımfinalda rusiyalı Ənvər Geduyevə uduzmasının səbəbini belə əsaslandırıb: "Yarımfinalda 3:0 hesabı ilə irəlidə idim. Rəqib güclü idmançı idi. Həm də bir az hakim haqsızlığı ilə üzləşdim. Qismət bu imiş. Sevinirəm ki, ölkəmə medal gətirə bildim".
Qeyd edək ki, C.Həsənov "Rio-2016"da ilk olaraq 1/8 finalda kolumbiyalı Karlos Arturo İzkuerdo Mendesi üstələyib. Ardınca Gürcüstan idmançısı Yakob Makaraşvilini məğlub edən azərbaycanlı pəhləvan yarımfinalda rusiyalı Ənvər Geduyevə uduzub. O, son təsəlliverici görüşdə özbəkistanlı Bekzod Abduraxmanovu məğlub edərək bürünc medal qazanıb.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















