Avropa Liqasının pley-off mərhələsinin "Maribor"la ilk oyunu "Qəbələ" üçün yubiley və rekordlarla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 3:1 hesabı ilə qalib gələn "qırmızı-qaralar" avrokuboklarda özünün 25-ci qoluna sevinib.
Bu matçadək keçirdiyi 22 görüşdə 23 dəfə fərqlənən əyalət klubunun Sloveniya təmsilçisinin qapısından keçirdiyi 2-ci top yubiley xarakteri daşıyıb. Həmin qolun müəllifi isə avrokuboklarda qol hesabını açan Baqali Dabo olub. Az sonra fransalı dublunu rəsmiləşdirib, özünün 2-ci, komandasının 26-cı avrokubok qoluna imza atıb.
Təmsilçimizin digər qolunun müəllifi Sergey Zenyov üçün də əlamətdar matç olub. Belə ki, estoniyalı "qırmızı-qara" formada 5-ci qolunu qeyd edib.
Zenyovun 1, Dabonun 2 dəfə fərqlənməsi rekordla diqqət çəkib. Belə ki, cari mövsüm 7-ci avrokubok matçına çıxan "Qəbələ" vurduğu qolların sayını 15-ə çatdırıb. Bu, Azərbaycan klubları üçün ən yüksək göstəricidi.
İndiyədək yalnız 1 dəfə - 2012-ci ildə təmsilçimiz mövsümdə 15 qol vurmuşdu. Həmin vaxt "Neftçi" Çempionlar Liqasında 7, Avropa Liqasında 8 dəfə rəqib qapısına yol tapmışdı. 4 il əvvəl qeydə alınan rekorda şərik olan "Qəbələ" Sloveniyadakı cavab matçında mütləq rekord da vura bilər. Bunun üçün Roman Qriqorçukun yetirmələrinə cəmi 1 top lazımdı.
3:1 hesablı qələbə "Qəbələ"nin cari mövsümdə 5-ci uğurudu. 1 heç-heçə və 1 məğlubiyyəti olan təmsilçimiz bir ildə ən çox avrokubok qələbəsi qazanan Azərbaycan klubu adına şərik çıxıb. 2013-cü ildə "Qarabağ" da mövsümü 5 qələbə ilə tamamlamışdı.
Qeyd edək ki, "Maribor"la görüşədək "Qəbələ" Gürcüstan "Samtredia"sı (5:1, 1:2), Macarıstan MTK-sı (2:0, 2:1) və Fransa "Lill"ini (1:1, 1:0) mübarizədən kənarlaşdırıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































