Yay Olimpiya Oyunlarının XII yarış günündə son 20 il ərzində Ermənistana ilk qızıl medalı qazandıran güləşçi Artur Aleksanyan böyük siyasi təxribat yol verib.
Aleksanyan mükafatlandırma mərasiminə aprel döyüşlərində məhv edilmiş Qarabağdan olan erməni kiçik çavuş Robert Abadcanın şəkli olan köynəklə çıxıb. Eyni zamanada o, qələbəsini aprel döyüşlərinin "qəhərəmanı" olan erməni hərbçilərinə həsr etdiyini bildirib. Erməni idmançı bu addımı ilə Azərbaycana qarşı çirkin təxribata yol verib.
Ermənistanın Olimpiya Komitəsi erməni idmançının bu hərəkətinə haqq qazandıraraq onun sözügedən fotosunu rəsmi saytında yerləşdirib. Bununla Komitə özü də qaydaları ciddi şəkildə pozub.
Təəssüflər olsun ki, yarışın təşkilatçıları tərəfindən erməni təxribatının qarşısı alınmayıb.
Beynəlxalq qaydalara əsasən idmanı siyasətə qatmaq, onu siyasi proseslərə alət etmək istəyən erməni idmançıya qarşı ciddi tədbir görülməli, təxribat etdiyinə görə o yarışlardan diskvalifikasiya olunmalı və medalı geri alınmalıdır. Heç şübhəsiz ki, Azərbaycan bununla bağlı aidiyyat qurumlara etirazını bildirəcək.
BOK-un fəaliyyətini nizamlayan Olimpiya Xartiyasının 2-ci bəndinin 10-cu maddəsinə görə, qurum idmandan siyasi məqsədlərlə istifadəyə yol verməməlidir. (azvision)
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















