FİFA-nın sabiq prezidenti Joao Avelanj vəfat edib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, 101 yaşında dünyasını dəyişib.
2014-cü ilin iyun və 2015-ci ilin noyabr aylarında nəfəs borularında problem yarandığı üçün bir neçə gün həkim nəzarətində qalan Avelanj ötən ay bu dəfə sətəlcəm xəstəliyi səbəbindən Rio-de-Janeyrodakı eyni xəstəxanaya aparılıb. O, korrupsiya qalmaqalına görə, 2013-cü ildə FİFA-nın fəxri-prezidentliyindən ayrılmışdı.
Qeyd edək ki, Joao Avelanj 1974-1998-ci illərdə ali futbol qurumuna rəhbərlik edib. O, eyni zamanda Braziliyanın su polosu üzrə yığma komandasının heyətində 1936 və 1952-ci illərdə Yay Olimpiya Oyunlarında iştirak edib. Avelanj karyerasını bitirdikdən sonra 1955-1963-cü illərdə Braziliya Milli Olimpiya Komitəsinin, 1963-2011-ci illərdə isə Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















