Rio-2016: Azərbaycan taekvondoçularının rəqibləri açıqlanıb

Rio-2016: Azərbaycan taekvondoçularının rəqibləri açıqlanıb

Rio-2016-da teakvondo yarışlarının püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan yığmasının idmançıları da rəqiblərini tanıyıblar.

Braziliyada tam heyətlə təmsil olunacaq komandamızda Patimat Abakarovanın (49 kq) bəxtinə serbiyalı Tiyana Boqdanoviç düşüb. Bu rəqib həmyerlimiz üçün kifayət qədər tanışdı. Çünki Patimat Bakı-2015-in yarımfinalında serbiyalıya məğlub olmuşdusa, bu il Türkiyədə Avropa Təsnifat Turnirində Boqdanoviçə məhz həlledici görüşdə qalib gəlib.

Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Avqustun 19-da isə dayanq üzərinə 2 taekvondoçumuz çıxacaq. Onlardan Avropa Oyunlarının qalibi və Avropa çempionu Milad Beiqi Harçeqani (80 kq) malili İsmael Koulibaliyə rəqib olub. Son 2 dünya çempionatının finalçısı olan afrikalı ilə döyüş saat 17:15-də start götürəcək.

Həmin gün mübarizəyə qoşulacaq Fəridə Əzizova (67 kq) London-2012-dəki məğlubiyyəti unutdurmaq arzusundadı. O, bunun üçün ilk cəhdində amerikalı Payqe Makferson üz-üzə gələcək. London-2012-nin və dünya çempionatının gümüş medalçısı ilə görüş saat 18:30-da olacaq.

Rioda son iştirakçımız – Radik İsayev (+80 kq) isə avqustun 20-də nəyə qadir olduğunu göstərəcək. Dünya və Avropa çempionumuz, eləcə də Bakı-2015-in qalibi birinci cəhdində qazaxıstanlı Ruslan Japarovu sınağa çəkəcək. 20 yaşlı rəqiblə döyüşün start fiti saat 19:45-da veriləcək.

Qeyd edək ki, taekvondo yarışları 1/8 finaldan başlayır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az