Olimpiya medalı qazandığıma görə çox sevinirəm. Son 3 ildə ağır məşqlər etdim. Çox şadam ki, əziyyətimin bəhrəsini gördüm və qələbə qazanaraq Azərbaycan bayrağını ucaltdım".
Bunu Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycana bürünc medal qazandıran güləşçimiz Sabah Şəriəti Gənclər və idman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında deyib.
S.Şəriəti ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Mənə gömək etdiyinə görə məşqçilərimə, federasiyaya, hər kəsə təşəkkürümü bildirirəm".
Güləşçimiz rəqibinə qalib gəlməkdə o qədər də çətinlik çəkmədiyini bildirib: "Rəqib güclü idi. Mən əvvəl ona uduzmuşdum, amma burada başqa taktika ilə güləşdim və qələbə qazandım. Demək olar ki, ona asanlıqla qalib gəldim. Bu qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm".
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) Rio 2016 Olimpya Oyunlarında bürünc medal qazanıb. Bu, Azərbaycan idmaçılarının Rio-2016-da qazandığı 3-cü medaldır. Bundan əvvəl idmançılarımız iki gümüş medal qazanıblar. (trend)
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















