Qazaxıstan prezidenti Nursultan Nazarbayev azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovu təbrik edib. Apasport.az saytının məlumatına görə, dövlət başçısı bu ölkənin şərəfini qoruyan və onlara Rioda ilk qızıl medalı qazandıran həmyerlimizi nümunə göstərib.
Rəhimova ünvanlanan teleqramda deyilir ki, o, ümidləri doğruldub: "Qazaxıstanlılar sənin çıxışını böyük maraqla gözləyirdi. Sən onların ümidlərini tam doğrultdun. Yüksək idman ustalığı, böyük əzm və fədakarlıq sənə gərgin mübarizədə güclü rəqiblər üzərində qalib gəlməyə və Qazaxıstan Olimpiya yığmasına ilk qızıl medalı gətirməyə kömək etdi. Şübhəsiz ki, sənin qələbən ölkənin bir çox yeniyetmə idmançıları üçün layiqli nümunə olacaq".
Qeyd edək ki, rekordla Rioda qızıl medal qazanan Rəhimov Qazaxıstan hökuməti tərəfindən 250 min ABŞ dolları (401 min, 550 manat) ilə də mükafatlandırılacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































