Türkiyənin Ərzurum şəhərində keçirilən 13-cü "Palandökən" beynəlxalq turnirində çıxış edən Azərbaycan karateçiləri 6 medal qazanıb.
"Report"un məlumatına görə, milli komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 3 bürünc medala layiq görülüblər.
Yeniyetmə və gənclərdən ibarət seçmə komandanın üzvlərindən Fəridə Əliyeva (21 yaşadək gənclər, 68 kq) və İsmayıl Quliyev çempion olublar. Roman Heydərov (gənclər və böyüklər milli komandası, kata) turnirin gümüş medalına, Asya Məlikova (21 yaşadək gənclər seçmə komandası, 50 kq) və Murad Hacızadə (16-17 yaşlı gənclər, 76 kq) isə bürünc mükafata sahb olub.
14-15 yaşlıların komanda kata yarışlarında Ceyhun İsmayılov, Ayxan Novruzov və Səbuhi Quluzadə 3-cü yeri tutublar. Ceyhun İsmayılov həmçinin fərdi kata yarışlarında bürünc mükafat qazanıb. Beynəxlaq dərəcəli hakim Cahangir Babayev yarışı idarə edənlər arasında olub.
Qeyd edək ki, milli komandadan əlavə, "Qaraqapan", "MKM", "Dostluq" və "Arpaçay" klublarının digər idmançıları da Ərzurumda beynəlxalq turnirdən müxtəlif mükafatlarla dönüblər. Turnirdə 30 ölkədən 2 000-dən artıq idmançı itirak edib.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















