Rio-2016 öncəsi Beynəlxalq Olimpiya Komitəsinin 129-cu sessiyası keçirilir. Apasport.az saytının məlumatına görə, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan tədbir avqustun 4-dək davam edəcək.
Sessiyada quruma üzv olan milli olimpiya komitələrinin nümayəndələri də iştirak edir. Tədbirdə əsas qərarların avqustun 3-də veriləcəyi gözlənilir.
Həmin gün 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramı müzakirə olunacaq, 5 yeni idman növünün ora daxil edilib-edilməməyi barədə qərar veriləcək.
Bu idman növləri karate, qayaya dırmanma, serfinq, beysbol və skeytbordinqdi. Tokio-2020-də bu növlər üzrə 18 dəst medal uğrunda 500-dək idmançının mübarizə aparacağı gözlənilir.
Həmçinin, Olimpiada-2024-ə ev sahibliyi etmək istəyən şəhərlərin məruzələri dinləniləcək. Bu şəhərin adına isə gələn il Perunun paytaxtı Limada təşkil olunacaq 130-cu sessiyada aydınlıq gələcək. Yarışın təşkilinə isə Roma, Paris, Budapeşt və Nyu-York iddia edir.
Yığıncaqda İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşəcək. Sessiya ərəfəsində komitə üzvlərinin sayının artırılması barədə qərar qəbul edib. 4 kişi və 4 qadın üzv də avqustun 3-də başlayan tədbirdə seçiləcək. Yeni üzvlər təkcə idmanı deyil, mədəniyyət, səhiyyə, biznes, sosiologiya, hüquq və menecment sahələrini təmsil edəcək.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































