Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasında Böyük Vətən müharibəsi zamanı Mozdokun azad olunmasında iştirak etmiş azərbaycanlılardan ibarət 223-cü atıcı diviziyanın tərkibində döyüşərək canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasimi keçirilib.
Mediainfo.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Mozdokda keçirilən anım mərasimində iştirak edib.
Anım tədbirində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Baş Nazirin müavini Şahin Mustafayev və digər natiqlər çıxış edərək Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında xalqımızın rolundan danışıblar.
Bildirilib ki, müharibə zamanı 223-cü diviziya böyük qəhrəmanlıq yolu keçib, düşmənə ağır zərbələr vurub. Müharibədə həyati əhəmiyyətli neft məhsullarının – benzinin 80 faizi, motor yağlarının 90 faizi məhz Azərbaycanın payına düşürdü. Bu isə ölkəmizin Qələbənin qazanılmasında rolunun bariz nümunəsidir.

Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















