İranın vitse-prezidenti Esxak Cahangiri bölgə ölkələrinə, İranda iğtişaşların baş verməsi ilə əlaqəli olduqlarının sübut ediləcəyi təqdirdə onları gözləyən "sarsıdıcı cavab" barədə xəbərdar edib.
Mediainfo.az-n məlumatına görə, E.Cahangiri deyib: "Bölgədəki bəzi ölkələrin İranda iğtişaşlar yaratmaq üçün müdaxilə etdiklərinə dair sübutlar tapılarsa, bölgədə yaxşı zaman görməyəcəklərini bilməlidirlər. İran bu zarafatlarla və davranışlarla barışan ölkə deyil".
Vitse-prezident əlavə edib ki, hər hansı bir dövlətlər İranın daxili işlərinə ona zərər vurması üçün müdaxilə edərsə, həmin dövlətlər "şübhəsiz ki, sarsıdıcı cavab alacaqlar".
İranın bir sıra şəhərlərində son günlər benzinin qiymətinin kəskin artması səbəbindən etirazlar baş verib. Qurbanların həm iğtişaşçılar, həm də təhlükəsizlik işçiləri arasında olduğu bildirilib. Prezident Həsən Ruhaninin sözlərinə görə, iğtişaşlar ABŞ və İsrail tərəfindən təşkil edilib və onların məqsədi İranın təhlükəsizliyini pozmaq olub.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















