Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_1/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642
Azərbaycan Prezidentinin fəaliyyəti onun ictimai rəydəki pozitivliyini daha da gücləndirib - SORĞU

Azərbaycan Prezidentinin fəaliyyəti onun ictimai rəydəki pozitivliyini daha da gücləndirib - SORĞU

Azərbaycan Prezidentinin fəaliyyəti onun ictimai rəydəki pozitivliyini daha da gücləndirib - SORĞU

Mərkəzdən Mediainfo.az-a verilən məlumata görə, hesabat hazırlanarkən həyata keçirilən sorğu üçün areal Azərbaycanın iqtisadi rayonları üzrə müəyyənləşdirilib.

İctimai rəy sorğusunda ümumilikdə 1316 respondent iştirak edib. Onların seçimi təsadüfi qaydada aparılmaqla yanaşı, xidmət mərkəzlərindən istifadə edən hər ikinci şəxslə olub. Bu metodla həm reprezentativlik təmin edilib, həm də əhalinin bütün sosial-demoqrafik qrupları əhatə edilib və xəta əmsalı statistik olaraq üç faizə bərabərdir.

Anket 13 əsas, 5 demoqrafik sualdan ibarət olub və üç əsas istiqamətdə aparılıb:

Oktyabr ayında imzalanan sərəncamlar əsasında baş vermiş kadr dəyişiklikləri və sutruktur islahatları;

Sorğunun demoqrafik göstəricilərinə görə, 1316 respondentin 67,6%-i kişi, 32,4%-i qadındır.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti haqqında ictimai rəyin aylıq monitorinqinin nəticələrinə görə 2019-cu ilin oktyabr ayı ərzində Prezidentin reytinqində yüksəlmə müşahidə olunub.

Prezidentin oktyabrın 3-də "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı "Qarabağ Azərbaycandır və nida işarəsi" deməsi əhalidə vətənpərvərlik hissini gücləndirib, dövlətə olan inam və etibarı artırIb. Bu, rəyi soruşulanların 85,8%-nin fikridir. 76,9% isə hesab edir ki, Prezidentin "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı Ermənistanın beynəlxalq müstəvidə mövqelərinin zəiflədilməsi baxımından təsirli olub. Ümumiyyətlə, respondentlərin 84,9%-i Prezidentin "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışının əhəmiyyətini yüksək qiymətləndirib.

Prezidentin oktyabrın 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündəki və oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışları da Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, münaqişə vəziyyəti ilə bağlı həqiqətlərin Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması respondentlərin 80,9%-nin rəyinə görə çox əhəmiyyətli hesab edilir.

Prezidentin oktyabr ayındakı fəaliyyətinin ən yüksək qiymətləndirildiyi sahələrdən biri də ordu quruculuğudur. Belə ki, rəyi soruşulanların 92,7%-i Prezidentin ordunun və bütövlükdə Silahlı Qüvvələrin formalaşdırılması sahəsində uğurlu fəaliyyətini qeyd edib. Onun ardınca 92,4% respondent isə ölkə Prezidentinin xarici siyasi fəaliyyətini uğurlu hesab edir.

Respondentlərin cavablarına əsasən demək olar ki, qeyri-neft sektoru ilə bağlı müvafiq hökumət strukturlarının fəaliyyətinin daha da yaxşılaşdırılmasına ehtiyac var. Belə ki, bu istiqamətdə bir çox işlər görülsə də, hələ də çatışmazlıqlar, problemlər qalmaqdadır.

Tədqiqatlar göstərir ki, islahatların dərinləşməsi və geniş miqyas alması ilə Prezidentə olan ictimai rəğbətin və dəstəyin artması arasında dərin bağlılıq var. Göründüyü kimi, əhali "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır" prinsipinin reallıqda təzahürünü təsdiqləyir.

Oktyabr ayında baş verən hadisələri respondentlərın mütləq əksəriyyəti vacib hesab edir. Bu hadisələr arasında ən çox rəğbət doğuranlar Prezidentin "Valday" Beynəlxalq Diskussiya Klubunda cıxışı və Aşqabadda Ermənistanın faşizmi qəhrəmanlaşdırmasına kəskin etiraz nitqi olub.

Ölkə Prezidentinin fəaliyyətində ictimai rəyin rolunun yüksək olması sorğunun nəticələri ilə təsdiqini tapır və bu fikir aparılan kadr islahatlarına da aid edilir. Əhali oktyabr ayında Prezidentin daxili və beynəlxalq müstəvidəki fəaliyyətini yüksək qiymətləndirir, ona olan etimadın artdığını qeyd edir. Ümumilikdə oktyabr ayını vətəndaşlar ölkəmiz üçün uğurlu sayır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: azerbaycanpolisi.az@gmail.com
2009-2026 © Azerbaycanpolisi.az