Parisdə UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov UNESKO Baş direktorunun müavini Xing Qu ilə görüşüb.
Mediainfo.az xəbər verir ki, görüşdə Xing Qu Azərbaycanın UNESKO-nun vacib tərəfdaşı olduğunu vurğulayıb. Ölkəmizin bu qurumla yüksək səviyyəli əməkdaşlığından danışıb. Bakının ev sahibliyi etdiyi UNESKO-nun İrs Komitəsinin 43-cü sessiyasından söz açıb. Sessiyanın yüksək səviyyəli təşkilindən məmnunluğunu ifadə edərək Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
UNESKO-nun Davamlı İnkişaf Məqsədlərinə dair reallaşdırılmış proqramlara, təhsil, mədəniyyət sahələrində həyata keçirilmiş layihələrə diqqət çəkib.
UNESKO-nun strateji transformasiyasından söz açan Xing Qu bu istiqamətdə göstərdiyi dəstəyə görə ölkəmizə minnətdarlığını bildirib.
Ramiz Həsənov ölkəmizin UNESKO ilə əməkdaşlığa xüsusi önəm verdiyini söyləyib. UNESKO-nun fəal üzvü olan ölkəmizin həyata keçirdiyi humanitar layihələr və tədbirlərdən danışıb.
25 illiyini qeyd edən Milli Komissiyamızın fəaliyyəti barədə məlumat verib. Mədəniyyətlərarası dialoq sahəsində ölkəmizin UNESKO-nun əsas tərəfdaşı olduğu diqqətə çatdırılıb. Ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə toxunaraq, "Bakı Prosesi" qlobal təşəbbüsünün, Mədəniyyətlərarası Dialoq Forumunun tarixi və əhəmiyyətindən danışılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































