"Bu görüş çoxdandır gözlənilirdi. Dünənki görüş digər görüşlərdən hər iki liderin bir-biri ilə dil tapması və daha mülayim açıqlamalar verməsi ilə fərqlənirdi. Görüşdən sonra Rəcəb Tayyib Ərdoğan və Donald Tramp tərəfindən mətbuat konfransında jurnalistlərə verilən açıqlamalardan da bu hiss olunurdu".
Bunu Mediainfo.az-a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Türkiyə və ABŞ prezidentləri arasında baş tutan görüşü şərh edərkən deyib.
Politoloq qeyd edib ki, Türkiyə və ABŞ öz münasibətlərinə yenidən baxacaqlar: "Türkiyə ABŞ-ın Yaxın Şərqdə ən böyük partnyoru idi. Obama dövründən isə Türkiyə-ABŞ münasibətləri gərginləşən xətt üzrə inkişaf etməkdədir. Ərdoğanın əsas məqsədi Türkiyənin milli maraqlarını qorumaqdır. O, bütün tərəfdaş ölkələrdən bunu tələb edir. Çünki Türkiyə münasibətlərdə bu amilə xüsusi diqqət yetirir. ABŞ-Türkiyə danışıqları Rusiya tərəfindən çox yaxından izlənildi. İndi top Kremldədir. Çünki Suriyanın şimalı və İdlib məsələsində Rusiya daha çox rıçaqlara malikdir. Türkiyə-Rusiya-İran arasında Astana formatı əsasında taktiki gedişlərin olması və onların Suriya ilə bağlı baxış bucaqlarının uzlaşması hər tərəfin dövlət maraqlarının reallaşmasına gətirib çıxardı".
Politoloq əlavə edib ki, hər bir halda həm Rusiya, həm də ABŞ Türkiyəni yanında görmək istəyirlərsə, rəsmi Ankaranın maraqlarını mütləq şəkildə nəzərə almalıdırlar: "Türkiyənin ABŞ və Rusiya ilə bağlı siyasəti Ərdoğandan sonra dəyişib. Ərdoğana qədər Türkiyə-ABŞ münasibətləri strateji müttəfiqlik xarakteri daşıyırdısa, indi vəziyyət başqadır. İndiki halda Ərdoğan həm Rusiya ilə, həm də ABŞ-la Türkiyə maraqlarının nəzərə almalarını tələb edən siyasət yürüdür. Yəni Türkiyə hər iki tərəflə münasibətlərin inkişafında maraqlıdır. Digər tərəfdən, Rusiya Türkiyə-ABŞ münasibətlərinin isinməsindən narahat olacaq. S-400 məsələsində ABŞ Türkiyəni çox ciddi şəkildə tənqid etmişdi. Ümumiyyətlə, münasibətlərin pozulmasına əsas səbəb məhz S-400 məsələsi olmuşdu. İndiki halda artıq S-400-lər Türkiyədədir. Yeni silahların alınması ilə bağlı Rusiya ilə danışıqlar aparılır. Ancaq hələlik Türkiyə-Rusiya münasibətlərində S-400-dən başqa silahlar alınmayacaq. Çünki ABŞ mövcud vəziyyəti nəzərə alaraq, özü artıq Türkiyənin istədiyi hərbi silahları rəsmi Ankaraya satacaq. Tərəflər arasında imzalanmış 100 milyardlıq anlaşma da onu göstərir ki, hələlik bizə məlum olmayan sahələrdə bu saziş imzalanıb".
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































