Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib.
Mediainfo.az APA-ya istinadən xəbər verir ki, yekun sənəddə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi xüsusi vurğulanıb.
Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkili, habelə müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcılarının, dövlət, ictimaiyyət və elm xadimlərinin görüşləri və fikir mübadilələrinin aparılması üçün yaradılan şəraitə görə tədbirin Təşkilat Komitəsinə minnətdarlıq ifadə olunub.
Eyni zamanda Bakı Bəyannaməsində Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəni abidələrin dağıdılması pislənilib.
Yekun sənəddə terrorçuluğa və ekstremizə qarşı effektiv mübarizənin aparılmasına, habelə silahlı münaqişələr nəticəsində yaranmış miqrant probleminin həllinin vacibliyinə toxunulub.
Sammit ərzində səsləndirilmiş fikir və təkliflər əsasında gəlinmiş qənaətlər yekun sənəddə müddəalar şəklində əksini tapıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































