Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının Senatının xarici əlaqələr komitəsinin sədri Xose Luis Perezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyindən Mediainfo.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə ediblər və iqtisadi, ticarət, mədəniyyət, turizm, təhsil, idman və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.
Nazir Elmar Məmmədyarov Kolumbiya Senatının rəsmisinin səfərinin əhəmiyyətini qeyd edib.
Xose Luis Perez dost Azərbaycan xalqının yanında olduqlarını və gələcəkdə də iki ölkə arasında dostluq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıb. Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə toxunan sədr, bu əlamətdar hadisənin ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcəyinə ümid etdiyini bildirib.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əməkdaşlığın və qarşılıqlı əsasda dəstək göstərilməsinin perspektivləri üzərində dayanaraq, bu istiqamətdə də səylərin əlaqələndirilməsinə sadiq qalacaqlarını bildiriblər.
Xose Luis Perez ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edərək, 2018-ci ildə Kolumbiya Xarici Əlaqələr Komissiyası tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi, həmçinin Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edildiyini bildirib.
Elmar Məmmədyarov Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Kolumbiya Parlamentinin davamlı olaraq beynəlxalq hüquqa, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qarşı tərəfə öz təşəkkürünü bildirib.
Görüşdə, həmçinin ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi qeyd edilib, hər iki ölkənin Parlamentindəki Dostluq Qruplarının fəaliyyətinin təşviq edilməsinə dair fikir mübadiləsi aparılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































