Daha bir deputat mandatdan məhrum edilir

Daha bir deputat mandatdan məhrum edilir

Millət vəkili Elşad Həsənov deputat səlahiyyətlərinə xitam verilməsi üçün Milli Məclisə müraciət edəcək.

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən E.Həsənov qanunvericiliyə uyğun olaraq, deputat mandatından imtina etməlidir. Onun müraciəti təsdiqləndikdən sonra Mərkəzi Seçki Komissiyasına göndəriləcək.

Qeyd edək ki, Elşad Həsənovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə Milli Məclis deputatlarının sayı 117-yə düşmüş olacaq.

Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın 2017-ci ildə Birinci vitse-prezident təyin edilməsi ilə bağlı onun səlahiyyətlərinə xitam verilib və həmin vaxtdan 14 saylı Xəzər seçki dairəsində deputat yeri boşdur.

Deputat Astan Şahverdiyevin 2018-ci ilin aprelində qəfil ürəktutmasından vəfat etməsi nəticəsində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində də deputat yeri boşalıb.

2018-ci il aprelində Prezident İlham Əliyevin sərəncamları ilə 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Muxtar Babayev isə Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib.

Bu il sentyabrın 30-da isə adı borc qalmaqalında hallanan və borca görə deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov deputat mandatından məhrum edilib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az