Xarici İşlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Səmi Abdulla Ğoşeni qəbul edib.
Xarici İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.
Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən Elmar Məmmədyarov bu xüsusda, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini xüsusilə vurğuladı.
Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən səfir Səmi Abdulla Ğoşe diplomatik fəaliyyəti dövründə İordaniya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə səfir Səmi Abdulla Ğoşe etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.
Elmar Məmmədyarov Səfir Səmi Abdulla Ğoşeni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















