Azərbaycanda səfərdə olan Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietis noyabrın 7-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib.
Mediainfo.az xəbər verir ki, Litva Seyminin Sədri "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Viktoras Prantskietis jurnalistlərə müsahibəsində ölkələrimiz arasında münasibətlərin, xüsusilə də parlamentlərarası əlaqələrin yaxşı səviyyədə olduğunu deyib. Azərbaycanın strateji cəhətdən və sürətli iqtisadi inkişaf baxımından vacib ölkə olduğunu qeyd edən Seymin Sədri ticarət dövriyyəsinin artırılmasının önəmini vurğulayıb. O, səfəri zamanı keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələrin aparılacağını bildirib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















