Baş Katib açıqladı: Ukrayna NATO-ya üzv olur - Putin nə edəcək?

Baş Katib açıqladı: Ukrayna NATO-ya üzv olur - Putin nə edəcək?

Ötən gün NATO baş katibi Yan Stoltenberq Ukraynanın "1+1" proqramına verdiyi müsahibədə Ukraynanın NATO-ya inteqrasiyası ilə bağlı önəmli açıqlamalar verib.

Stoltenberq Ukraynanın NATO üzvü olmasında heç bir maneənin olmadığını vurğulayıb:

"NATO-dakı müttəfiq dövlətlərin hər biri Ukraynanın NATO üzv omasına qərar verib. Ukraynanın NATO sisteminə inteqrasiyası üçün gərəkli olan reformasiyaların həyata keçirilməsində rəsmi Kiyevə yardım edəcəyik".

Qeyd edək ki, 30 oktyabrda Ukraynada rəsmi səfərdə olan Stolenberq mətbuata verdiyi açılamada NATO-nun qapılarının hər zaman Ukraynanın üzünə açıq olduğunu bildirmişdi.

Stoltenberqin açıqlamaları beynəlxalq ictimaiyyət tərəfindən Ukraynanın NATO-ya üzvlüyünün yaxın günlərdə reallaşacağı fikrini formalaşdırdı. Lakin unutmaq olmaz ki, Putin hələ Ukraynanın NATO üzvü olmaq niyyətlərinin yeni-yeni dilə gətirildiyi zamanlarda buna sərt etiraz etmiş və "imkan verməyəcəyik" deməklə həm Qərbə, həm də rəsmi Kiyevə ciddi mesaj vermişdi. Daha sonra Kırım problemi baş vermiş, Rusiya Ukrayna ərazilərinin bir qismini nəzarətinə götürmüşdü.

Mövzuyla bağlı ukraynalı politoloq Vadim Tryuxan Mediainfo.az-a ekskluziv müsahibə verib.

Politoloq NATO baş katibinin açıqlamalarını şərh edərkən Ukraynanın NATO-ya qısa zamanda üzv ola bilməyəcəyini qeyd edib:

"Sözün düzü, Ukraynanın NATO-ya üzv olması qısa zamanda mümkün deyil. Buna zaman lazımdır. Əvvəlcə, ölkə daxilində və regionda bir çox problemlər həllini tapmalıdır. Həmçinin Ukrayna NATO standartlarına cavab vermək üçün bir çox islahatlar həyata keçirməlidir. Lakin qeyd edə bilərəm ki, hazırkı hökumət əvvəlkinə nisbətən bu məsələdə daha ciddi addımlar atır və intensiv çalışır. Düşünürəm ki, NATO Baş Katibi Stoltenberq ona görə məhz indi belə açıqlamalar verib ki, Ukrayna hökumətinə öz dəstəyini ifadə etsin və onun Rusiyanın potensial təhdidlərindən çəkinməməsini təmin etsin".

V.Turxan həmçinin Ukraynanın NATO-ya üzv olması ehtimalında Rusiyanın sərgiləcəyi mövqeyi belə izah edib:

"Rusiya Ukraynaya edəcəyini edib. Mən belə hesab edirəm ki, problem rusların Ukraynanın NATO üzvü olmasını istməməsində deyil, problem ondadır ki, Rusiya ümumiyyətlə suveren və müstəqil Ukraynanın mövcudluğunu istəmir. Eyni zamanda təbii ki, Rusiya Ukraynanın NATO-ya daxil olmasına bacardığı qədər müqavimət göstərib və göstərəcək. Çünki Ukraynanın NATO-ya üzv olması digər post-sovet ölkələrinin də bu sistemə inteqrasiyasına təkan verəcək".

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az