Kiyevdə İmadəddin Nəsimi adına binanın təməli qoyulub

Kiyevdə İmadəddin Nəsimi adına binanın təməli qoyulub

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsimi adına çoxfunksiyalı binanın təntənəli təməlqoyma mərasimi keçirilib.

Mediainfo.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və sifarişi ilə tikiləcək mədəni-tarixi kompleksdə Nəsimi adına mərkəz, muzey, konfrans zalları, həmçinin qonaq evi fəaliyyət göstərəcək.

Təməlqoyma mərasimindən əvvəl səfirliyin əməkdaşları kompleksin qarşısında yerləşən parkda ucaldılan Nəsiminin heykəlinin ətrafında abadlıq işləri aparıb, yeni ağaclar əkiblər. Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev təməl daşını qoyub.

Binanın 2020-ci ilin dekabrında istifadəyə veriləcəyini qeyd edən səfir Nəsimi irsinin öyrənilməsi və təbliği üçün belə bir kompleksin mövcud olmasının vacibliyini vurğulayıb. "Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" elan edilməsindən sonra səfirliyin təşəbbüsü ilə Kiyevin mərkəzi parklarının birində Nəsiminin heykəli ucaldılıb. Bu gün çoxfunksiyalı binanın təməlinin qoyulması "Nəsimi ili" çərçivəsində keçirilən tədbirlər planının tərkib hissəsidir", - deyə diplomat bildirib. Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə görkəmli azərbaycanlı mütəfəkkirlərin irsinin dünyada təbliği istiqamətində çox önəmli layihələr həyata keçirilir.

Qeyd edək ki, binanın tikintisi azərbaycanlı investorların sahib olduğu "Drujba Narodov SND" şirkəti tərəfindən həyata keçirilir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az