Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı 1-2 gün ərzində ABŞ-a səfərlə bağlı dəqiq qərarını açıqlayacaq.
Mediainfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın danışıb.
ABŞ prezidenti Donald Trampın 13 noyabrda Ərdoğanı ABŞ-a dəvət etməsi haqqında suala Kalın belə cavab verib: "Prezidentimiz Nümayəndələr Palatasında Türkiyəyə qarşı qəbul edilən iki qərara görə ağlında bəzi sual işarələrinin yarandığını dedi. Siyasi iqlim buna uyğundursa, görüşlərimizdən Türkiyə-ABŞ münasibətləri və Türkiyənin milli maraqlarını inkişaf etdirəcək nəticələrin alınması müzakirə mövzusudursa, təbii ki, bu səfər baş tutar. Qarşıdakı 1-2 gün ərzində o özü dəyərləndirmələrini edib və bu məsələdə yekun qərarını verəcək. Biz də yaxın zamanda ictimaiyyətlə paylaşacağıq".
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 1915-ci il hadisələrini erməni soyqırımı kimi tanıyıb və "Barış pınarı" hərəkatına görə Türkiyəyə sanksiya tətbiq ediləcəyi haqqında qanun qəbul edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















