Deputat: Cəmil Həsənli nə qədər vicdanını itirib ki, Azərbaycan xalqına qarşı sanksiya tələb edir

Deputat: Cəmil Həsənli nə qədər vicdanını itirib ki, Azərbaycan xalqına qarşı sanksiya tələb edir

"Milli Şura" adlanan qurumun rəhbəri Cəmil Həsənli nə qədər vicdanını, nə qədər şərəfini, insanlığını itirib ki, gedib ABŞ-da öz dövlətinə, öz xalqına, öz iqtisadiyyatına qarşı ayrı-ayrı dövlətlərdən sanksiya tətbiq edilməsini tələb edir.

Bunu Mediainfo.az-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməsi bütün türk dünyasını sarsıtdı və bununla bağlı Azərbaycan tərəfi də dövlət səvviyyəsində öz mövqeyini bildirdi:

"Ancaq çox təəssüf ki, belə bir ümummilli məsələ olduğu halda, bütün türkdilli dövlətlərin, qardaş Türkiyənin yanında olmaq əvəzində Cəmil Həsənli ABŞ-da Azərbaycana qarşı görüşlər keçirir. Onun görüşdükləri adamlar arasında isə erməni və ermənipərəstlər var idi. Cəmil Həsənli hansı başla ABŞ-da çağırışlar edir ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin?! Həqiqətən də öz xalqını, dövlətini sevən, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini istəyən heç bir şəxs bunu etməzdi.

Bu sanksiyalardan kim əziyyət çəkəcək? Azərbaycan dövləti, Azərbaycan xalqı, vətəndaşları. Xalqın yaxşılığını, rifahını istəyən hansı insan belə bir arzuya düşər? İndi o Cəmil Həsənli, radikal müxalifət, xüsusilə, Əli Kərimli hansı üzlə çıxıb xalq uğrunda mübarizə apardıqlarını deyəcəklər?".

C.Osmanovun sözlərinə görə, Cəmil Həsənli bir daha göstərdi ki, bu insanlar Azərbaycanı sevmirlər, Azərbaycan xalqı, Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ problemi onları düşündürmür:

"Bu adamlar xalqımıza qarşı düşmənçilik siyasəti apardıqlarını aydın şəkildə göstərdilər. Sadəcə, bunların məqsədi erməni lobbisinin, Ermənistan tərəfinin verdiyi sifarişləri hər hansı bir yolla həyata keçirməkdir. Onlar istəyirlər ki, anarxiyanı, özbaşınalığı, iqtisadi tənəzzülü Azərbaycanda həyata keçirsinlər.

Təbii ki, Azərbaycan xalqı heç zaman bu radikalları dəstəkləməyəcək. Azərbaycan xalqı artıq onları tarixin layiq olduqları yerinə atıb. Bu qara qüvvələr xalqımız tərəfindən baykot olunur. Çünki xalqımız bu gün dövlətçiliyimizin, müstəqilliyimizin keşiyindədir və cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir".

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az