Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə VI İstanbul Vasitəçilik Konfransı keçirilir

Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə VI İstanbul Vasitəçilik Konfransı keçirilir

Oktyabrın 31-də Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə VI İstanbul Vasitəçilik Konfransı keçirilir.

Mediainfo.az xəbər verir ki, konfransda çıxış edən Xarici İşlər naziri Mövlud Çavuşoğlu soyuq müharibədən sonra dünyanın yaşadığı müsbət atmosferin artan qarşıdurmalar səbəbindən azalmağa başladığını deyib. Nazir bildirib ki, dünya əhalisinin üçdəbiri münaqişələrin təsirinə məruz qalan ölkələrdə yaşayır və problemlərin həlli istiqamətində vəziyyət hər gün bir az daha gərginləşir: "Vasitəçilik və münaqişələrin qarşısının alınmasında təşəbbüskar və humanitar mövqe bizim xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Türkiyənin son dərəcə əhəmiyyətli bir nöqtədə olması məsələlərin həlli baxımında xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, çox sayda regional koordinasiya təşəbbüsləri çərçivəsində vasitəçilik və yardımçı səylərimizi davam etdiririk". Nazir konfransı çərçivəsində bölgədə və qonşu ölkələrdə cərəyan edən bir çox məsələlərin həlli istiqamətində müzakirələrin aparılacağını və qərarların qəbul ediləcəyini deyib.

Tədbirdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş Suriya məsələsinə toxunaraq deyib ki, bu ölkədəki faciə səkkiz ildir davam edir və orada insanlar əziyyətlə yaşayırlar. Dünən Konstitusiya Komitəsinin iclası bu məsələdə mühüm mərhələ idi: "Ümid edirəm ki, bu, suriyalıların faciəsinin siyasi həlli yolunda ilk addım olacaq və onların könüllü olaraq doğma yurdlarına təhlükəsiz şəkildə qayıtmalarını asanlaşdıracaq. Suriyanın şimalındakı bu münaqişənin həlli üçün göstərilən səyləri yüksək qiymətləndirirəm. Səylərimiz bəzi istiqamətlərlə fayda verməkdədir. Belə ki, bir çox bölgələrdə, xüsusən də Afrika qitəsində vasitəçilik və dialoqun müsbət nəticələrini görürük. Sudan, Cənubi Sudan, Efiopiya və Madaqaskarda və Mərkəzi Afrika Respublikasında münaqişənin azaldığını müşahidə edirik".

Vasitəçilik konfransı 60 ölkədən dövlət və hökumət təmsilçilərinin iştirakı ilə iki gün davam edəcək.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az