NATO-da toplantı: Türkiyənin Suriyadakı əməliyyatı müzakirə olunacaq

NATO-da toplantı: Türkiyənin Suriyadakı əməliyyatı müzakirə olunacaq

NATO-nun müdafiə nazirləri cümə axşamı və cümə günü Brüsseldə Suriyanın şimal-şərqindəki vəziyyəti, sülh və müharibədə telekomunikasiyanın qorunması, müdafiə xərclərinin növbəti artımı və qüvvələrin hazırlığı barədə müzakirələr aparmaq niyyətindədirlər. Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə MK xəbər verib.

Alyans qüvvələri Suriyanın şimal hissəsində rəsmi olaraq mövcud deyildir, amma Türkiyənin bölgədəki digər müttəfiqi ABŞ ilə münasibətlərdə gərginliyin yaranmasına səbəb olduğu üçün "Sülh çeşməsi" əməliyyatı danışıqların əsas mövzusuna çevrilə bilər.

Bundan əvvəl NATO öz qüvvələrini yerlərdə beynəlxalq humanitar hüquqa uyğun və təmkinli davranmağa çağırmışdı.

Alyansın baş katibi Yens Stoltenberg, tədbir ərəfəsində Almaniyanın müdafiə naziri Annegret Kramp-Karrenbauerin Türkiyə ilə sərhəddə Suriyada beynəlxalq təhlükəsizlik zonası yaratmaq barədə fikirlərini də müzakirə ediləcəyini vurğulayıb.

Xatırladaq ki, çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Tayyib Ərdoğan arasında 10 bənddən ibarət anlaşma memorandumu imzalanıb. Sənədə görə, Rusiya hərbi polisi və Suriya sərhədçiləri kürd qoşunlarının və silahların sərhəddən çıxarılmasını asanlaşdırmaq üçün Suriya-Türkiyə sərhəddinin Suriya tərəfində yerləşdiriləcək.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az