"2200 kilometrlik ərazi terrorçulardan təmizlənib, bu gecə saat 22:00-da müddət bitir. ABŞ verdiyi vədləri yerinə yetirməsə, əməliyyatlar daha inamlı şəkildə davam etdiriləcək".
Mediainfo.az xəbər verir ki, bu sözləri Rusiyaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan səfərdən əvvəl hava limanında jurnalistlərin Suriya əməliyyatları ilə bağlı suallarını cavablandırıb:
"Bu günədək yolumuza necə qərarlı formada davam etmişiksə, indi də edəcəyik. Hazırda terrorçuların geri çəkilməsi prosesi davam edir. Onların hamısı geri çəkiləcək, biz prosesi təqib edirik".
Ərdoğan İranın Suriya əməliyyatları ilə bağlı etirazlarına da münasibət bildirib: "İrandan gələn bəzi açıqlamalar məni ciddi mənada məyus edir. Nüvə silahı məsələsində biz İranın yanında olduq. Ruhaninin gərginlik yaradan səsləri susdurması lazımdır. Biz Soçi müzakirələrində tərəfdaş ölkəyik. Bu prosesdə bir-birinə xəyanət etmək olarmı?"
Türkiyə prezidenti Soçiyə səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































