ABŞ-da skandal görüş – Terrorçuları qəbul etdilər, üstəlik…

ABŞ-da skandal görüş – Terrorçuları qəbul etdilər, üstəlik…

Türkiyəyə sanksiya layihəsinin müəllifləri, amerikalı senatorlar Kris Van Ollen və Lindsey Qraham Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatı idarə heyətinin başçısı İlham Əhmədlə görüşüb.

Mediainfo.az xəbər verir ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutub.

Görüş barədə açıqlama verən Ollen terrorbaşını "Suriya kürdlərinin yüksək rütbəli siyasi nümayəndəsi" adlandırıb və qeyd edib:

"İlham Əhmədlə görüşdən sonra Suriyanın şimal-şərqindəki vəziyyətdən çox narahatıq. Konqres bu dəqiqə ABŞ hərbi qüvvələrinin Suriyaya qaytarılması qərarı verməli, hava dəstəyi və Türkiyəyə qarşı sanksiyalar davam etdirilməlidir".

Amerikalı siyasətçi Türkiyə ordusunun Suriyada keçirdiyi anti-terror əməliyyatlarını "qətliam" adlandırıb. İlham Əhməd isə bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampa telefon zəngi etdiyini bildirib.

Türkiyəyə qarşı sanksiyaların memarlarından biri olan senator Lindsey Qaraham da görüşdə yer alıb: "Hər kəsdən daha çox Türkiyəni günahlandırıram. Türkiyənin Suriyaya müdaxiləsi İŞİD-in məğlubiyyətini risk altında qoydu".

Qraham ABŞ liderliyindəki koalisiyanın Suriyadakı neft sahələrinin təhlükəsizliyini təmin etməsinin vacibliyinə də diqqət çəkib.

Əlavə edək ki, Türkiyənin ABŞ-a verdiyi 5 günlük vaxt bu gün bitir. Həmin anlaşmaya əsasən, ABŞ Suriya-Türkiyə sərhədindəki kürd terror təşkilatlarını geri çəkməlidir.

Rəsmi Ankara anlaşmaya əməl edilməyəcəyi halda, anti-terror əməliyyatlarını davam etdirəcəklərini açıqlayıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az