Vilayət Eyvazov onu da TƏQAÜDƏ GÖNDƏRDİ

Vilayət Eyvazov onu da TƏQAÜDƏ GÖNDƏRDİ

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri, polis polkovniki Mehdi Təhməzov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazirin digər əmrinə əsasən, onun yerinə polkovnik-leytenant Əli Abdullayev təyinat alıb.

Ə.Abdullayev Sumqayıt Şəhər Polis İdarəsinin xidməti üzrə rəis müavini vəzifəsində çalışıb.

Hələlik onun yerinə təyinat yoxdur.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az