Körfəz ölkələrinə xəbərdarlıq edilib
28 Oktyabr 13:33
Britaniya parlamentinin İcmalar Palatasının üzvləri ölkənin Avropa İttifaqından çıxmasını nəzərdə tutan "Brexit" sazişinə düzəlişləri qəbul edərək səsvermənin təxirə salınmasına qərar veriblər.
Mediainfo.az-ın "TASS"a istinadən məlumatına görə, qərarın lehinə 322, əleyhinə 306 deputat səs verib.
Böyük Britaniyanın Baş Naziri Boris Conson isə Aİ-yə "Brexit" səsverməsinin təxirə salınması ilə bağlı müraciət etməyəcəyini, istənilən halda ölkənin ittifaqdan oktyabrın 31-də çıxacağını bəyan edib:
"Heç bir təxirəsalmadan söhbət gedə bilməz. "Brexit" 31 oktyabrda baş tutacaq. Mən Aİ ilə təxirəsalma barədə danışıqlar aparmayacam".
Mediainfo.az