Bu gün qanunsuz mitinq keçirmək istəyən radikal müxalifət bir daha xalq tərəfindən boykot edildi.
Bunu Mediainfo.az-a Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, qanunsuz mitinqdə çox az sayda adam gəlmişdi, gələnlər isə pulla gətirilmişdi: "Həmin insanlar bağda oturub onlara kimin pul verəcəyini gözləyirdilər. Özü də gələnlər yaşlı insanlar idi. Qanunsuz mitinqi telefona çəkənlərin sayı qanunsuz mitinq iştirakçılarının sayından çox idi. Yəni bütün bunlar bir daha onların hər hansı bir mitinq yox, sırf təxribat etmək niyyətlərini göstərdi. Azərbaycanın güclənmsindən, Azərbaycanın bütün sahələrdə Ermənistanı üstələməsindən narahat olan qüvvələr bunları ortaya salmışdı. Bunlar ancaq düşmənçilik mövqeyindən çıxış edən adamlardır, Paşinyanın yerdəki nümayəndələridir. Paşinyanın Ermənistanda vəziyyəti ağırlaşan kimi Əli Kərimli, Milli Şura ortaya düşür".
S.Novruzov qeyd edib ki, bu anti-milli qüvvələr bir daha dəhşətli şəkildə uğursuzluğa düçar oldular: "Bir daha göründü ki, bunların məqsədi dinc mitinq keçirmək yox, təxribat törətməkdir. Bakı Şəhər İcra Hakimiyyəti mitinq keçirməyə yer ayırmışdı, ancaq onlar həmin yerdə mitinq keçirməkdən imtina edib təxribat törətməyə üstünlük verdi. Xalq da bunu görür və ona görə də heç kim bunları dəstəkləmədi. Xalq bunların qanunsuz mitinq keçirməsini pislədi, öz narazılıqlarını bildirdi ki, bu anti-milli qüvvələr ölkədə sabitliyi pozmağa çalışırlar".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































