Trampın Ərdoğana təhdid məktubu üzə çıxdı

Trampın Ərdoğana təhdid məktubu üzə çıxdı

ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Türkiyənin Suriyanın şimalında "Sülh Çeşməsi hərəkatı"na başladığı 9 oktyabrda yazdığı təhdid dolu məktub ortaya çıxıb. Mediainfo.az-ın xəbərinə görə, məktubu "The New York Times" nəşri əldə edib.

Amerika lideri məktubunda qeyd edib:

"Əziz cənab Prezident.

Gəlin yaxşı bir iş görək. Siz minlərlə insanın öldürülməsinə görə məsuliyyət daşımaq istəmirsiniz, mənsə Türkiyə iqtisadiyyatının dağıdılmasına görə məsuliyyət daşımaq istəmirəm və mən bunu edəcəyəm. Keşiş Brunsonla bağlı məsələdə mən bunu sizə yaşatmışdım.

Mən bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı məhv etmə. Siz möhtəşəm anlaşma əldə edə bilərsiniz. General Mazlum (PKK başçısı Abdullah Öcalanın mənəvi övladı, YPG qruplaşmasının liderlərindən biri olan "Məzlum Kobani" ləqəbli Fərhad Abdi Şahin.-red) sizinlə danışıqlar aparmağa hazırdır və keçmişdə heç etmədikləri güzəştlərə hazırdır. Mən gizli olaraq ondan yeni aldığım məktubun bir nüsxəsini əlavə edirəm.

Əgər bu işi düzgün və insani şəkildə etsəniz, tarix də sizi yaddaşlara həkk edər. Yaxşı hadisələr baş verməzsə, sizi hər zaman şeytan olaraq görəcəklər. Özünü sərt adam kimi göstərmə. Axmaqlıq etmə! Sənə daha sonra zəng edəcəyəm".

Ağ Evin Mətbuat katibi Stefani Qrişem məktubun həqiqiliyini təsdiqləyib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az