ABŞ hökuməti Türkiyənin Milli Müdafiə və Energetika Nazirliklərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Mediainfo.az-ın ABŞ Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu və energetika naziri Fateh Dönməz də sanksiyalar siyahısına daxil edilib.
Məlumata görə, bu nazirlik və nazirlərin ABŞ-dakı bank hesabları dondurulacaq, eləcə də Amerika vətəndaşlarına bu qurum və şəxslərlə əməkdaşlıq etmək qadağan ediləcək.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, siyahıdakı şəxslər ilə müəyyən əməliyyatlar aparan insanlara da sanksiya tətbiq oluna bilər.
Bildirilir ki, sanksiyalar BMT və QHT-lərin Türkiyədəki işlərinə mane olmamalıdır. Həm də ABŞ sanksiyalar yolu ilə Türkiyənin Suriyadakı humanitar əməliyyatlarına mane olmayacaq.
Qeyd edək ki, məhdudlaşdırıcı tədbirlər rəsmi Vaşinqtonun Ankaranın Suriyanın şimal-şərqindəki kürdlərə qarşı hərbi əməliyyatına cavab olub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































