Azərbaycan dövləti Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir.
Mediainfo.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar" Bakı beynəlxalq media konfransında deyib.
Ə.Həsənov bildirib ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin ayrıca bəyanatı olub:
"Mənim də bununla bağlı ayrıca şərhim olub. Azərbaycan dövləti bütün haqq işində, sülh istiqamətindəki bütün tədbirlərdə Türkiyənin yanındadır, dəstəkləyir və dəstəkləməkdə davam edəcək".
Ə.Həsənov bildirib ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin təməli sağlam qoyulub: "Ulu öndər Atatürk tərəfindən zamanında bəyan olunan "Türkiyə və Azərbaycanın sevinci də, kədəri də birdir" və ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilən "bir millət, iki dövlət" formulası bu gün bizim bütün sahələr üzrə birliyimizə xidmət göstərir. Tək millətin iki mətbuatı ola bilməz, tək millətin iki diasporu ola bilməz. Biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik və beynəlxalq aləmdə bizə tuşlanan güclərə qarşı birgə müqavimət göstərməkdə davam etməliyik".
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































