Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda Türk Şurasının iclasına qatılacağam.
Mediainfo.az xəbər verir ki, bunu Bakıya səfərindən öncə jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan oktyabrın 14-ü və 15-də Bakıda olacağını bildirib. O, Bakıya səfəri zamanı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevlə, daha sonra türk iş adamlarıyla görüşəcəyini bildirib.
Türkiyə lideri həmçinin Türk Şurasının 7-ci zirvə toplantısının tarixə düşəcəyini söyləyib. O, Bakıdakı görüşdə Özbəkistanın Türk Şurasına tam üzvlüyünün həyata keçiriləcəyini bildirib.
Bakıda türk dövlətləri liderləri ilə təkbətək görüş keçirəcəyini bildirən Ərdoğan bu görüşlərdə "Sülh çeşməsi" əməliyyatı haqqında geniş məlumat verəcəyini deyib. Bununla bərabər, o, türk dünyası arasında əlaqənin güclənməsinin iftixar olduğunu vurğulanıb.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






