Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada davam edən "Barış Pınarı" hərbi əməliyyatı haqqında Almaniya Baş naziri Angela Merkellə telefon danışığının detallarını açıqlayıb.
Bununla bağlı geniş mətbuat konfransı keçirən ölkə başçısı Merkellə açıq danışdığını və onun qarşısında şərt qoyduğunu qeyd edib.
"Barış Pınarı" əməliyyatları başladıqdan sonra həm ölkəmizdə, həm də beynəlxalq aləmdə kimin harda durduğunu gördük. Bizi iqtisadi və hərbi sanksiyalarla hədələyənlər var.
Merkeldən açıqca soruşdum: Biz sizinlə NATO-da müttəfiq deyilik? Bəlkə terror qruplaşmasını NATO-ya almısınız bizim xəbərimiz yoxdur? Bizim tərəfimizdəsiniz, ya terrorçuların?
Hamınız onların tərəfində yer almısınız. ABŞ terrorçulara 30 yük maşını həcmində silah, sursat yollayır. Biz indi niyə Suriyadayıq? Terrorçuların etdikləri bezdirdi artıq.
Bizi kimsə belə hədələrlə, sanksiyalarla yolumuzdan edə bilməz", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, əməliyyatların əsas məqsədi Türkiyənin cənub sərhədində yaradılması planlaşdırılan "terror dəhlizini" aradan qaldırmaq, sərhəd bölgəsində başda PKK olmaqla, bütün terror təşkilatlarını məhv etmək, eyni zamanda, yurdundan didərgin düşmüş Suriya xalqını təhlükəsiz şəkildə yenidən ölkəsinə qaytarmaqdır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































