Hiddətli ittihamların məna və məğzləri eynilik təşkil edir
Son vaxtlar AXCP-də kəskin qarşıdurmaların və intriqaların yaşanması bir daha sübut edir ki, partiyanın sədri Əli Kərimli get-gedə təşkilatdaxili hadisələrdən nəinki özünü sığortalaya bilir, əksinə ardıcıl ittihamlara məruz qalır.
Mediainfo.az-ın Sia.az-a istinadən verdiyi xəbərə görə, təkcə AXCP-dəki istefaları, o cümlədən partiyanın yuxarı eşalonundakı hadisələri analiz etsək, vəziyyətin nə olduğunu rahat şəkildə görə bilərik.
Partiya fəalı, təşkilatın qadınlar qolunun üzvü Dilarə Miriyevanın yayılmış səs yazısı da məhz bu cür düşünməyə kifayət qədər əsas verir. Daha dəqiq desək, Ə.Kərimlinin cəbhəçiləri ailələrinə çörək pulu qazanmaqdan məhrum edərək məcburi trolluğa cəlb etməsi, ona sədaqətli olan partiyadaşlarına qarşı aşkar sədaqətsizlik nümayiş etdirməsi, yalnız şəxsi divident və maraqları üçün çalışması nəticə etibarı ilə onun növbəti ifşası ilə sonuclandı.
Hadisələr ardıcıllığı ilə davam edir...
Maraqlı məqamlardan biri də budur ki, hadisələr ardıcıllıqla davam edir və bütün bunlar Ə.Kərimliyə dəyən kəskin zərbələrdir ki, o həmin zərbələrdən ayağa qalxmaq imkanını bütünlüklə itirəcək. Həmin ardıcıllıqları bir daha xatırlayaq:
Fuad Qəhrəmanlının öz ailəsinə qarşı qeyri-insani və dəhşətli rəftarı, üzvlərin onu müdafiə edərək azyaşlı qızını iyrənc üsullarla təhqirləri, onu linç etmələri;
Partiyanın funksioneri və trollarla işləyən Rəşid Turabovun digər üzvləri trolluq etmədiklərinə, Ə.Kərimlini tərifləyən rəylər yazmadıqlarına görə kəskin kəskin ittihamlara məruz qoyması;
Uzun illərdir partiyada xidmət edən nəzarət təftiş komissiyasının sədri Aydın Əliyevə edilən haqsızlıqlar, onun Ə.Kərimliyə üsyanı etirazı və s.
Bütün bunlar bir daha AXCP daxilindəki mühitin nə qədər iyrənc olduğunu, sözügedən mənzərənin davamlı xarakter alması reallığını açıq şəkildə ortaya qoydu və beləliklə, budəfəki ittiham uzun illərdir ki, Ə.Kərimlinin yanında yer almış, ona sədaqətlə xidmət etmiş Dilarə Miriyeva tərəfindən irəli sürüldü və onun sosial şəbəkələrdə səs yazısı yayıldı. Səs yazısından da açıq-aydın görünür ki, D.Miriyeva partiya daxilində edilən haqsızlıqlardan, üzvlərə dəyər verilməməsindən şikayətlənir, cəbhəçilərə məxsus haray-şivənçiliklə bu dəfə hakimiyyətə deyil, məhz Ə.Kərimliyə qarşı hiddətini bildirir. Səbəb isə AXCP-nin qadın toplantısında onun yer almaması, ona qarşı etinasızlığın göstərilməsidir.
Dilarə Miriyeva: "Hakimiyyətə gəlsəniz məni kimisini, məni şəxsən ortada "tryapka" kimi qullanıb atacaqsınız"
Səs yazısında "Nə oldu? Nərmin Xəlil orda, Şəbnəm orda,Türkan orda, Fatimə, nə bilim nə orda, hamı orda, hamıya yer oldu Dilarə xanıma yer olmadı? Mən özümü sındırmadım, amma mənə bilirsiniz necə təsir edib bu? Əməyimin bəhrəsi bu idi?", deyə hiddətini gizlətməyən D.Miriyeva Ə.Kərimlinin hakimiyyətə gələcəyi halda (əslində hər kəs yaxşı bilir ki, onun hakimiyyətə gəlməsi "0" həddindədir – R.R.) hər kəsi kənara atacağını deyib.
Yeri gəlmişkən, bu gün Ə.Kərimlinin yan-yörəsində olanların utopik xəyalları da məhz bu məcraya köklənib – AXCP hakimiyyətə yiyələnəndən sonra vəzifələrə getmək və s. Ona görə də, ittiham edən D.Miriyeva fikirlərini bu cür davam etdirir: "Siz hələ hakimiyyətə gəlməmisiniz beləsiniz. Hakimiyyətə gəlsəniz məni kimisini, məni şəxsən ortada "tryapka" kimi qullanıb (istifadə edib-R.R.) atacaqsınız. Özünüz istədiklərinizi gətirəcəksiniz vəzifəyə, Dilarə xanımın da harda canı çıxır çıxsın. İndiyə qədər nətər idisə elə də sürünsün belə çıxır da. Demək məndən istifadə edin yalandan hakimiyyətə gəlmək üçün, sonra da məni qullanın atın, belə çıxır da. Çox təsir edib mənə inanırsınız? Bu gün bütün günü ağlamışam, şəkərim, təzyiqim hara çıxıb bilmirəm. Hamını gətirib üst başa keçirdir, Emil Səlimovdu bunun hamısını edən".
Əli Kərimli Dilarə Miriyevanı övladlarının və nəvələrinin üzünə necə həsrət qoyub?
Sözügedən ittihamın daha bir maraq doğurucu tərəfi D.Miriyevanın yanlış yolda olması, Ə.Kərimli kimi siyasi dəllalın, dələduzun, araqarışdıranın və xəyanətkarın yanında yer almasına görə, ailəsinin, övladlarının ondan imtina etməsidir. Çünki birinci dəfə deyil ki, AXCP sədrinin toruna düşən çoxsaylı insanlar ailələrini itirməklə yanaşı, təhsillərini yarımçıq qoyub, həbsxanalara düşüblər, həyatlarını zəhərləyiblər. Bu baxımdan, D.Miriyeva övladlarının ondan imtina etdiklərini bildirir və günahkar olaraq Ə.Kərimlini gördüyünü deyir: "Her şeyimi qurban etmişəm bu yolda, məni il yarım nəvələrimin üzünə həsrət qoyub qızım bu partiyaya görə. Oğlumu mənim üstümə qaldırıb, gündə oğlumla davadayıq buna görə".
Sonda isə D.Miriyeva Ə.Kərimlinin trol başçılarının onu təlimatlandırdıqlarını da qeyd edib. Lakin bundan sonra belə olmayacağını bildirən ittihamçı AXCP-yə və Kərimliyə tüpürdüyünü açıq şəkildə bildirib: "Bir şey olan kimi Emil bir yandan üstümə düşür, Ruslan Əmirli bir yandan, Hüseynağa bir yandan, hərəsi bir təlimat verir Dilarə xanım belə elə. Həmən Dilarədi də, siz Dilarəni dəyərləndirmirsiniz? Mən onda tüpürüm sizə, lazım deyil, sizin partiyanıza da, her şeyə də. Mən "voobşe" (ümumiyyətlə-R.R.) partiyadan çıxıram, mənə lazım deyil bu partiya" kimi şokedici ifadələr işlədir".
Əks halda, onların da aqibətləri kifayət qədər qaranlıq və dibi görünməyən dərin quyuya bənzəyər
Göründüyü kimi, səs yazısından bir daha təsdiq olunur ki, həqiqətən də AXCP daxilində kifayət qədər iyrənc, ürəkbulandırıcı idarəçilik metodu mövcuddur və bu metodu bilavasitə Ə.Kərimli uzun illərdir ki, tətbiq edir. Həmçinin, bu partiyada avtoritar, antidemokratik, şəxsi dividentlərə hesablanmış ədalətsizlik prinsipi mövcuddur ki, artıq oradakı insanların bir çoxu gec də olsa bunu anlamağa başlayıblar. Xüsusilə, Ə.Kərimlinin qullarına çevrilmiş trollar da yəqin ki, baş verənlərdən əvvəl-axır nəticə çıxarıb, doğru yola tərəf çevriləcəklər. Əks halda, onların da aqibətləri kifayət qədər qaranlıq və dibi görünməyən dərin quyuya bənzəyər.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































