Oktyabrın 8-də Milli Məclis payız sessiyasının növbəti iclasını keçirəcək.
Mediainfo.az xəbər verir ki, iclasın gündəliyi daha sonra elan edilib. Belə ki, iclasda "Uşaq hüquqları haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında", "Təhsil haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Sosial xidmət haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Peşə təhsili haqqında" qanunlara dəyişiklik 3-cü oxunuşda, "Yerin təki haqqında", "Qaz təchizatı haqqında" və s. dəyişiklik layihələri 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.
Əvvəlcədən isə iclasın oktyabrın 18-də keçiriləcəyi bildirilmişdi.
Qeyd edək ki, iclasın 10 gün əvvələ çəkilməsi, üstəlik, gündəliyinin daha sonra elan edilməsi müəyyən müzakirələrə yol açıb. İddialara görə, bu gün Milli Məclis çox mühüm qərarlar qəbul edəcək.
***
Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ də daxil edilib.
Beləliklə, Baş nazir Novruz Məmmədovun istefa verəcəyi haqqında ötən gün yayılan məlumat təsdiqlənir.
Mediaifo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































