"Azərbaycan-Rusiya yaxınlığı heç bir halda Qərbin əleyhinə deyil" - DEPUTAT

"Azərbaycan-Rusiya yaxınlığı heç bir halda Qərbin əleyhinə deyil" - DEPUTAT

"Prezident İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə dünyada çox böyük nüfuza malik beyin mərkəzlərindən biri olan "Valday" beynəlxalq diskussiya klubunun tədbirində iştirakı, orada səsləndirdiyi fikirlər və tezislər Rusiyanın, eləcə də, dünyanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir".

Bu fikirləri Mediainfo.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Politoloq bildirib ki, bu KİV-lərin içində Rusiyanın tanınmış "Rossiya 24" və "Birinci" kanalları Azərbaycan prezidentindən xüsusi müsahibələr götürdülər: "Bu müsahibələrdə səslənən bir sual və İlham Əliyevin verdiyi bir cavab, hesab edirəm ki, çox mətləblərdən xəbər verir. Rusiya televiziyasının müxbiri soruşanda ki, Azərbaycan-Rusiya münasibətləri bu gün dinamik inkişafa malikdirmi və eyni zamanda, Rusiya Birləşmiş Ştatların sanksiyaları altında ikən və bu sanksiyalar getdikcə daha da ağırlaşırkən bu reallıqda Azərbaycanın Rusiyaya münasibəti necədir. İlham Əliyev qeyd etdi ki, bütün bu reallıqlar Azərbaycan-Rusiya münasibətlərinə heç vaxt xələl gətirə bilməz. Bu, ilk növbədə, onunla bağlıdır ki, Azərbaycan müstəqil siyasətə malik ölkədir. Bizim müstəqil və milli maraqlara xidmət edən siyasətimiz var. Qərbdə də çox gözəl bilirlər ki, Azərbaycan-Rusiya yaxınlığı heç bir halda onların əleyhinə deyil. Eyni zamanda, Rusiyada da çox gözəl bilirlər ki, Azərbaycanın Qərblə münasibətlərinin inkişafı heç bir halda Moskvanın maraqlarına zidd deyil. Azərbaycan prezidenti müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanmağı bacarır. Ona görə də həm Qərbdə, həm Rusiyada, eləcə də bütün dünyada ona böyük ehtiram var. Azərbaycan bərabər hüquqa, qarşılıqlı faydalı əməkdaşlığa, bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə söykənən siyasəti həyata keçirir. Buna görə də Azərbaycanın bu və ya digər ölkələrlə münasibətlərinin inkişafı ilə bağlı heş bir təzyiqlər yoxdur. Azərbaycana bu istiqamətdə heç kim irad tuta bilmir. Çünki məhz Azərbaycanın bu siyasətinin təsdiqidir ki, artıq dəfələrlə NATO və BMT-nin ali hərbi rəhbərliyi öz görüşlərini ölkəmizin paytaxtında keçirir. Halbuki, bir çox məsələdə onların mövqeyi 180 dərəcə haçalanır. Amma Azərbaycanın paytaxtında toplaşırlar. Çünki Azərbaycan prezidenti müstəqil, milli maraqlarına söykənən siyasət yürüdür".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az