Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında növbəti telefon danışığı olub.
Mediainfo.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər söhbət zamanı Suriyanın şimal-şərqində Fəratda yaradılması planlaşdırılan təhlükəsizlik zonası haqqında danışıblar.
"Türkiyənin Suriya ilə sərhədi yaxınlığında bu zonanın yaradılmasının məqsədi kürd milislərinin təhdidindən qurtulmaq və Suriyalı qaçqınlarının Türkiyədən öz evlərinə qayıtması üçün şərait yaratmaqdır", - deyə Ərdoğan bildirib.
Hər iki dövlət lideri noyabr ayında Vaşinqtonda danışıqlar aparacaqları barədə də razılığa gəliblər.
Prezidentlərin telefon danışığından sonra Ağ Ev açıqlama yayıb: "Türkiyə yaxın zamanlarda Suriyanın şimalına uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcək. ABŞ Silahlı Qüvvələri bu əməliyyatı nə dəstəkləyəcək, nə də sözügedən əməliyyatda iştirak edəcək".
Açıqlamada İŞİD-i məğlub edən ABŞ qüvvələrinin artıq əməliyyatın keçiriləcəyi bölgədə olmayacağı vurğulanıb.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






