"Suriyanın şimalını terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik".
Mediainfo.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində Suriya məsələsi ilə bağlı yazıb.
"Suriyadakı böhran başlayandan bu ölkənin ərazi bütövlüyünü dəstəkləmişik. Bundan sonra da dəstəkləməyə davam edəcəyik. Bölgəni terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik. Suriyada əmin-amanlıq, sülh və sabitliyin yaranmasında iştirak edəcəyik", - deyə M.Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, oktyabrın 6-da ABŞ Suriyanın şimalında Türkiyənin antiterror əməliyyatı aparmasına, təhlükəsizlik bölgənin yaranmasına razılıq versə də, bu prosesdə iştirak etməyəcəyini açıqlayıb. Məlumata görə, ABŞ hərbçiləri artıq Suriya-Türkiyə sərhədindəki ərazidən çıxıb.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






