Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan əlaqələri strateji səviyyəli tərəfdaşlıq münasibətləri kimi xarakterizə etmək olar. İki ölkə arasında keçirilmiş yüksək səviyyəli səfərlər mübadiləsi, xüsusilə də Prezidentlər səviyyəsində keçirilmiş çoxsaylı görüşlər ölkələrimiz arasındakı tərəfdaşlıq, dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etməsinə yüksək töhfə verir.
Bunu Mediainfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr inkişaf edir: "Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır, eyni zamanda bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır. İki ölkə arasında qarşılıqlı investisiya layihələri, nəqliyyat sahəsi, turizm, humanitar və mədəniyyət və digər sahələrdə əlaqələr geniş şəkildə inkişaf etməkdədir. Ölkələrimiz, həmçinin beynəlxalq müstəvidə, qlobal təhlükəsizlik gündəliyinin bir sıra məsələləri üzrə qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Bu xüsusda, terrorizm və ekstremizə qarşı mübarizədə əməkdaşlıq və əlaqələndirməni vurğulamaq olar".
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






