Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına Soçidə Azərbaycan Prezidenti İlham Əliyevdən tutarlı cavab gəldi: "Qarabağ Azərbaycandır və nida".
Bu sözləri Mediainfo.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Deputat Nikol Paşinyanın Ermənistan ordusunun işğal etdiyi Xankəndidə sayıqlamasının cəfəngiyat olduğunu bildirərək deyib ki, əslində onun məqsədi özünü Qarabağ klanından daha radikal göstərməklə daxili auditoriyanın rəğbətini qazanmaq idi.
Məsələ burasındadır ki, biri var 2050-ci ildə Ermənistanı dünyanın az qala lider ölkəsinə çevirmək barədə nağıl danışıb populistlik edəsən, biri də var ki, Azərbaycan torpaqlarını öz adına çıxasan. Təbii ki, birinci nağıldan fərqli olaraq onun Qarabağ haqqında sayıqlaması cavabsız qala bilməzdi və qalmadı da. Dövlətimizin başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin, digər ölkələrin prezidentlərinin, yüksək səviyyəli rəsmilərinin və tanınmış beyin mərkəzlərinin analitiklərinin iştirak etdikləri "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı Paşinyana layiqli cavab verdi. Bu cavab Ermənistan baş nazirinin sözlərinin doğrudan da sayıqlama olduğunu, onun həddini aşdığını elə dəqiqliklə əsaslandırdı ki, Paşinyan özü orada olsa idi belə, etiraz etməyə söz tapmayacaqdı. Paşinyanın cavabını vermək üçün bundan doğru zaman, uyğun auditoriya, eləcə də yer ola bilməzdi və bu cavab işğalçı ölkənin diplomatik nokautu deməkdir.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































