Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün Lüksemburqdakı "Jozi Bartel" stadionunda UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" oyunu zamanı baş vermiş təxribatla bağlı vəziyyəti araşdırır.
Mediainfo.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibi Leyla Abdullayeva "Twitter" səhifəsində yazıb.
L.Abdullayevanın sözlərinə görə, Azərbaycanın akkreditə olunmuş səfirinə Lüksemburq XİN-lə bu məsələ ilə bağlı danışmaq və təxribatın günahkarlarının lazımi məsuliyyətə cəlb olunmalarını tələb etmək tapşırılıb.
UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" oyunu erməni təxribatı ilə əlaqədar matçın 30-cu dəqiqəsində müvəqqəti dayandırılıb.
Belə ki, "Qarabağ" 2-ci qolunu vurduqdan sonra "Jozi Bartel" stadionu üzərində dronla qondarma "Dağlıq Qarabağ Respublikası"nın "bayrağ"ı sallanıb. Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun idman naziri üzrxahlığını çatdırdıqdan sonra oyun davam etdirilib.
Qeyd edək ki, oyun "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






