Hazırkı mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya-Azərbaycan münasibətləri hər iki ölkənin maraqları kontekstində mühüm əhəmiyyət kəsb edir.
Bunu Mediainfo.az-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına baş tutan işgüzar səfəri və Soçidə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha ondan xəbər verir ki, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tamamilə uyğundur:
"Təsadüfi deyil ki, Azərbaycan Prezidenti iki ölkə arasındakı münasibətlərdən danışarkən bildirdi ki, prezidentlər səviyyəsində keçirilən belə görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir. Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Əlbəttə, münasibətlərin belə yüksək səviyyəsi hazırda mövcud olan mürəkkəb geostrateji çağırışlar kontekstində iki dost və qonşu ölkənin təhlükəzislik maraqları baxımından da aktualdır. Ona görə də tərəflər arasında yol xəritəsinin reallaşdırılması bu münasibətlərə yeni stimul verir. Prezident İlham Əliyev Valday klubunun fəaliyyətini də yüksək qiymətləndiriərək onu dünyanın ən mühüm məsələlərinin müzakirə olunduğu platforma kimi qiymətləndirdi. Doğrudan da qlobal çağırışlar kontekstində bu klubun fəaliyyəti dünya siyasətinə yeni rakursdan baxmağa imkan yaradan bəlkə də yeganə intellektual platformadır".
H.Babaoğu əlavə edib ki, Azərbaycan Prezidentinin Soçiyə səfəri iki ölkə arasında strateji müttəfiqlik səviyyəsində qiymətləndirilən münasibətlərin gələcək perspektivləri baxımından da olduqca önəmlidir.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






