"İran 2015-ci il nüvə sazişinə dair öhdəliklərini "arzuolunan nəticəyə" gələnə qədər azaldacaq"
Bu fikri İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi özünün rəsmi vebsaytında bildirib.
Elitar İnqilab Keşikçiləri qarşısında çıxışı zamanı Xameneyi "Biz öhdəlikləri azaltmağa davam edəcəyik" deyib: "Məsuliyyət Atom Enerjisi Təşkilatı üzərindədir və o, biz istədiyimiz nəticəyə çatanadək onlar bu azaltmanı dəqiq, dolğun və hərtərəfli şəkildə həyata keçirməyi davam etməlidir".
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani bundan əvvəl ölkəsinin danışıqlara hazır olduğunu, lakin buna sanksiyalar və təzyiqlər altında getməyəcəyini bildirmişdi.
Prezident Donald Tramp isə özünün tvitində İranın ona sanksiyaları qaldırmaq müqabilində danışıqlar təklif etdiyini, onun isə bunu rədd etdiyini yazmışdı.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































