Bu ilin sonunadək Bakının bir sıra köhnə binalarında Almaniya istehsalı olan 542 lift quraşdırılacaq.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov Mediainfo.az-a deyib.
Onun sözlərinə görə, yeniləmə işləri pilot olaraq paytaxtın Nizami, Qaradağ və Xətai rayonlarında yerləşən binalarda aparılır.
"Hazırda quraşdırılan liftlər Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən yoxlanılaraq qəbul edilir. İstismara yararsız olan liftlər sıradan çıxarılaraq yeniləri ilə əvəzlənir. Eyni zamanda istismar vaxtı bitməyən liftlərdə təmir işləri aparılır. Bu işlər əlavə olaraq növbəti il ərzində də davam etdiriləcək", - deyə İ.Kərimov bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev Atatürk parkının açılışında iştirak edərkən sakinlərin rahatlığı üçün liftlərin yenilənməsinə 40 milyon ayırıldığını bildirmiş, Bakı şəhər meri Eldar Əzizovdan bu sahədə görülən işlərlə bağlı məlumat verməsini istəmişdi. E.Əzizov isə 50 liftin artıq quraşdırıldığını, ilin sonunadək bu rəqəmin 500-ə çatacağını qeyd etmişdi.
Görünür, Prezidentin bu sahəni şəxsən diqqətdə saxlaması meriyanın lift quraşdırılması prosesini daha da sürətləndirməsinə səbəb olub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































