İran parlamentinin spikeri Əli Laricani Tehranın Ər-Riyadla dialoqa hazır olduğunu bəyan edib. Bu açıqlama Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın İranla regional təhlükəsizlik məsələlərini sülh yolu ilə həll etmək barədə bəyanatından sonra verilib.
Mediainfo.az xəbər verir ki, Əli Laricani Əl Cəzirə telekanalına müsahibəsində onun ölkəsinin İranla və regionun digər ölkələri ilə dialoqa hazır olduğunu bildirib. "İran-Səudiyyə Ərəbistanı dialoqu regionda bir çox siyasi və təhlükəsizlik məsələlərini həll edə bilər" deyən parlament spikeri əlavə edib ki, bu danışıqlar heç bir şərt olmadan aparılmalıdır.
Məhəmməd bin Salman öz bəyanatında bildirib ki, Yaxın Şərq regionu dünya enerji təchizatının 30 faizini həyata keçirir, dünya ÜDM-nin 4 faizini və qlobal ticarətin 20 faizini əhatə edir. Bu fikirləri şərh edən Laricani qeyd edib ki, İran Səudiyyə Ərəbistanının dialoq istəyindən və ilk növbədə, regionun maraqlarını düşünməsindən məmnundur. Onun sözlərinə görə, Tehran Yəməndəki üsyançı husilərə də müraciət edərək, onları Səudiyyə Ərəbistanı ilə atəşkəs sazişini qəbul etməyə çağırıb.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






